
Sikafloor SynTop-430
TƏSVİR
Sikafloor® SynTop-430, aşınmaya davamlı döşəmələr
üçün təzə betonun və ya şapların səthinə səpilərək və
hamarlanaraq tətbiq olunan korund aqreqatlı toz
sərtləşdiricidir.
Sikafloor® SynTop-430, beton döşəmələri aşınmaya,
zərbəyə qarşı dayanıqlılıq, adı betona nisbətdə kimyəvi
maddələrə, yağlara, yuyucu vasitələrə və hidravlik
mayelərə qarşı daha yüksək müqavimət yaradan
döşəmə örtük materialıdır.
İSTİFADƏ YERLƏRİ
Sikafloor® SynTop-430, döşəmənin orta və sıx
hərəkətə məruz qaldığı və tozlanmayan səthin tələb
olunduğu sahələrdə dayanıqlığı təmin etmək istifadə
edilir. Beton döşəmələrin performansını yaxşılaşdırır
və səthini gücləndirir.
▪ Emalatxanalar
▪ Elektrik stansiyaları
▪ Qarajlar və avtoparklar
▪ Anbarlar və yükləmə sahələri
▪ Zavodlar və fabriklər
▪ Gəmiqayırma zavodları
▪ Təyyarə anqarları və yollar
▪ Helikopter meydançaları