Description
TƏSVİR
Sikafloor® P 604, iki komponentli, dolğulu, aşağı
özlülüklü eboksid qatran tərkibli astar materialıdır.
Beton, şap, mineral səthlərdə astarlama məqsədi ilə
istifadə olunur.
İSTİFADƏ YERLƏRİ
Sikafloor® P 604, daxili məkanlarda, beton və sement
bağlayıcılı şaplarda, gözənəklərin, boşluqların
doldurulması, örtük öncəsi səthin astarlanması və
qurudulmuş silika qum dolğusundan 1:0.5-dən –
1:0.8 nisbətində qarışdırılaraq düzləşdirici dolgu
təbəqəsi kimi istifadə olunur.
