Sikadur Combiflex SG-10

Tikişlər, birləşmələr və çatlar üçün, 1-mm qalınlıqlı, yüksək performanslı elastik izolyasiya lenti

Category:

Description

TƏSVIR
Sikadur-Combiflex® SG-10 P, FPO (Flexible PolyOlefin)
tərkibli, 1mm qalınlıqda olan, xüsusi yapışdırıcılar ilə
tətbiq olunan, elastik su izolyasiya lentidir. SikadurCombiflex® SG-10 P, Sikadur Combiflex® SG
sisteminin komponentidir.

İSTİFADƏ YERLƏRİ

▪ Tunellərdə
▪ Su kanallarında
▪ Hidroelektrik stansiyalarda
▪ Çirkab su təmizləmə qurğularında
▪ Bünövrə, yer altı və yer üstü beton strukturlarda
▪ Su anbarlarında
▪ İçməli su depolarında
▪ Yaşayış və komersiya binalarında
İnşaat dərzi və tikişlərin, boru keçidlərinin, çatların su
sızıntısına qarşı izolyasiyasında istifadə edilir.

ÜSTÜNLÜKLƏRİ

▪ Sahədə aktivləşdirilməyə ehtiyac duymur
▪ Yüksək çat körpüləmə xassəsi
▪ Kimyəvi dayanıqlığı
▪ Yaşlanmaya qarşı dayanıqlığı
▪ UB şüalara dayanıqlığı
▪ Bitki kökü nüfuzuna dayanıqlığı
▪ Geniş xidmət temperaturu aralığı
▪ Tərkibində plastikləşdirici maddə olmaması
▪ Termoplastik qaynağa uyğunluğu
▪ İçməli su ilə təmasa uyğunluğu