SikaCeram FLX 22

C2T sinfi, incə təbəqə üsulu ilə tətbiq edilən üstün performanslı yapışdırıcı.

Description

TƏSVİR
SikaCeram® FLX 22, keramik plitə və kafellərin
yapışdırılması üçün su əlavə edilməklə istifadəyə hazır
vəziyyətə gətirilən, yüksək performanslı sement əsaslı
yapışdırıcıdır. Keramika və kafelləri yapışdırmaq üçün
SikaCeram® FLX 22 5 mm-ə qədər qalınlıqda tətbiq
edilir.

İSTİFADƏ YERLƏRİ
▪ Az və çox hopduruculuğa malik plitələrin
yapışdırılmasında
▪ Kafel, keramika plitə, süni daş və qranitlərin
yapışdırılmasında
▪ Daxili və xarici məkanlarda
▪ Divar və döşəmələrdə
▪ Beton, suvaq, kərpic, gipskarton lövhə, anhidrit
tərkibli səthlərdə
▪ Daxildə, köhnə keramik üzərinə yeni plitələrin
yapışdırılmasında
▪ Polistren, poliüretan köpük, daş və şüşə yunu
lövhələrinin nöqtəli yapışdırma tətbiqlərində